Marneuli Uşaq Bağçaları Birliyi 2024-cü il üçün 603 448 lari dəyərində qida məhsulları almağı planlaşdırır
Marneuli Uşaq Bağçaları birliyi qida məhsulları almaq üçün ümumi dəyəri 603 448 lari olan bir neçə tender elan edib. Uşaq Bağçaları Birliyi məhsulları 2024-cü il üçün alır.

Bələdiyyə təşkilatı ən çox vəsaiti ətin alınmasına xərcləyəcək. Mal əti və toyuq filesinin alınması üçün 142 275 lari nəzərdə tutulub.
  • Mal əti (sümüklü) – 639 kiloqram
  • Mal əti (yumşaq) – 3198 kiloqram
  • Toyuq filesi – 5756 kiloqram
Uşaq Bağçaları Birliyi qatılaşdırılmış süd, qaymaq, qatılaşdırılmış qaymaq, yağ, kəsmik və yumşaq pendirin alınması üçün 108 073 lari nəzərdə tutub.

100 350 lariyə buğda çörəyi, peçenye, şəkər, kakao, vermişel, makaron, çay, duz, maya və soda alınması planlaşdırılır.

Qarabaşaq, düyü, kartof, çuğundur, sarımsaq, yerkökü, soğan, lobya, noxud, kələm, alma və bananın alınması üçün 10 083 lari nəzərdə tutulub.

Marneuli Uşaq Bağçaları Birliyi 30 295 lariyə keşniş, şüyüd, cəfəri və yumurta alacaq.

Dondurulmuş balıqların alınması üçün 27 289 lari nəzərdə tutulub - 2558 kiloqram.

71 810 lariyə şəkər konservantları və əlavələri olmayan meyvə cemləri, tomat pastası və təbii meyvə şirələrinin alınması planlaşdırılır.

Günəbaxan yağının alınması üçün 12 664 lari nəzərdə tutulub.

Buğda unu, qarğıdalı unu, manna və yulaf yarmasının alınması üçün 9 758 lari ayrılıb.

Birliyin tenderlərində qalib gələn şirkətlər hələ müəyyən edilməyib. Marneuli Uşaq Bağçaları Birliyi tenderlərdə qalib gələnləri müəyyən etdikdən sonra 2024-cü ilin 30 iyun tarixində qədər Marneulidəki bağçalara ərzaq məhsulları mərhələli şəkildə veriləcək.

Bu mərhələdə bütün bələdiyyə üzrə 16 uşaq bağçası fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google