Marneulidə valideynlər məktəbi kursunun yekun görüşü baş tutub.
Şaumyan icma təhsil layihəsinin tədbirini “Med-ko” klinikasının
direktoru Matsatso Kublaşvili aparırdı.
Şaumyan İcma Təhsil Mərkəzinin rəhbəri Natia Okropiridzenin
sözlərinə görə, üç ay ərzində davam edən layihə Marneulili
valideynkərə tibb istimqamətində olan problemləri öyrənməyə şərait
yaratdı.
“Valideynlər Məktəbi layihəsi “Med-Ko” və Şaumyan İcma
Təhsil Mərkəzi tərəfindən Avropa İttifaqı, Ümumi Vətəndaş Hərəkatı
Çoxmillətli Gürcüstanın dəstəyi ilə həyata keçirilir. Layihənin
məqsədi Marneulidə yaşayan valideynlərin tibbi istiqamətdə
məlumatlı olmasıdır. İlkin yardım eləcə də pxisoloji yanaşma
istiqamətərində məsələlər müzakirə olundu. Valideynlər ev
şəraitində nə etməli olduqlarını öyrəndilər, rəngarəng məsələlər
əhatə olunmuşdu. Valideynlər tərəfindən böyük maraq var idi və indi
də davam etdirilməsini istəyirlər. Bu layihənin gedişatı zamanı
valideynlərin birinin övladında şəkərli diabet aşkarlanıb, bizim
kurs həmin valideyn üçün tam vaxtında təşkil olunmuşdu. Bu halda
valideyn vaxtında uyğunlaşıb, ölçülər götürəcəkdi. Düşünürəm ki,
öyrəndikləri bu məlumat valideynlərə çox lazım olacaq”, –
Şaumyan İcma Mərkəzinin rəhbəri Natia Okropiridze bildirib.
Layihə iştirakçısı Mariam Nariaşvili bildirir ki, kurs çərçivəsində
əldə etdiyi bilik onun üçün yeni idi və mütləq bu məlumatlardan
yararlanacaq.
“İlk növbədə layihə təşkilatçılarına minnətdarlığımı
bildirirəm. Biz valideynlərə tibbi istiqamətdə təhsil almaq imkanı
verildi. Valideynlər üçün ən əsas olan təhsildirki, övladları
sağlam olsun. Biz genetik xəstəlikləri öyrənirdik, ilkin yardım
kursu keçdik, viruslar və peyvəndlər haqqında danışıldı. İndiyə
qəər bilmədiyim çox şey öyrəndim”, – valideyn
deyir.
Natia Okropiridzenin sözlərinə görə, gələcəkdə bu kimi kursların
valideynlərə yenidən təklif edilməsini istəyirlər. Valideynlər
məktəbinin iştirakçılarına tədbirin sonunda sertifikat verilib.