“Mənim Yeni ilim 2024” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib (VİDEO)
28 dekabr tarixində Marneulidə “Mənim Yeni İlim 2024” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqə “Marneuli Amerika Guşəsi” və “Marneuli İctimai Kitabxanası”nın birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçıların əsərləri kitabxananın konfrans zalında nümayiş etdirilib. Rəsm müsabiqəsi çərçivəsində üç əsər seçilib. Qalib olan üç əsərin müəllifinə “Biblus”dan 50 larilik hədiyə çeki verilib. 6 müxtəlif nominasiya üzrə qalib olan şəkillərin müəlliflərinə isə sertifikat və 25 lari dəyərində hədiyyə çeki təqdim olunub.

“Qalib gələn şagirdlər 8 saylı ictimai məktəbinin şagirdi Nərmin Əliyeva, 3 saylı ictimai məktəbinin şagirdi Qələmzər Əmirxanova və Kürtlər ictimai məktəbinin şagirdi Aysel Rəfiyevadır. Nominasiya üzrə ən yaxşı texniki göstərici 4 saylı ictimai məktəbinin şagirdi Raniyə Kərimova, Böyük Muğanlı ictimai məktəbinin şagirdi Duyğu Ələkbərova, Tamarisi 1 saylı ictimai məktəbinin şagirdləri Anamaria Berdelidze, Liza Dapadze və Sesili Panqanidir”, – “Marneuli İctimai Kitabxanası”ndan “Marneuli” radiosuna bildirdilər.

Qeyd edək ki, müsabiqədə Marneulinin 19 ictimai məktəbi iştirak edib və 200-dən çox rəsm təqdim olunub.


Print Email
FaceBook Twitter Google