Məktəblərdə 17 rəsmi tətil günü olacaq
Gürcüstanda dövlət məktəblərində qış tətili yanvarın 15-də başa çatır və müvafiq olaraq bu tarixdə təhsil davam etdiriləcək.

2023-2024-cü il akademik təqviminə əsasən, ikinci semestr iyunun 14-də başa çatır.

Bu müddət ərzində 6 gün yaz tətili də daxil olmaqla 17 gün istirahət olacaq.

Bayramlar - 19 yanvar, 8 mart, 9-14 mart yaz tətili, 9 aprel, 3-6 may Pasxa bayramı, 12 may - Müqəddəs Andria günü, 9 may - Faşizm üzərində Qələbə günü, 26 may - Müstəqillik günü.

Print Email
FaceBook Twitter Google