Marneuli, Bolnisi və Dmanisidə müəllimlər üçün vakansiyalar
Kvemo Kartlinin ictimai məktəblərində 19 vakansiya var. Vakant yerlərlə bağlı məlumat müəllimlər üçün vakansiya veb-səhifəsində yayımlanıb.

Marneuli bələdiyyəsinin 5 məktəbi müəllim axtarır, Bolnisi təhsil müəssisələri 5 vakansiya elan edib, Dmanisi məktəblərində 3 vakant yer var, Tetritskaro məktəbləri 4, Qardabani 2, Tsalka ictimai məktəbləri isə 2 müəllim axtarır.

Müxtəlif vəzifələrə olan vakansiyaların siyahısını təqdim edirik:
Marneuli
  • Marneuli bələdiyyəsinin Kirəç-Muğanlı kənd ictimai məktəbi – məktəb həkimi
  • Marneuli bələdiyyəsinin Qullar kənd ictimai məktəbi – Kimya müəllimi
  • Marneuli bələdiyyəsinin Beytarabçı kənd ictimai məktəbi – xüsusi müəllim
Bolnisi
  • Bolnisi bələdiyyəsinin Ratevani ictimai məktəbi – Tətbiqi və Təsviri İncəsənət müəllimi
  • Bolnisi şəhər Sulxan-Saba Orbeliani adına 1 saylı ictimai məktəbi – Fizika müəllimi
  • Bolnisi bələdiyyəsinin Savaneti ictimai məktəbi – Riyaziyyat müəllimi
  • Bolnisi bələdiyyəsinin Savaneti kənd ictimai məktəbi – Bədən tərbiyəsi və idman
  • Bolnisi bələdiyyəsinin Cavşaniani kənd ictimai məktəbi – İngilis dili müəllimi
Dmanisi
  • Dmanisi bələdiyyəsinin Qomareti kənd Ekvtime Tağaişvili adına ictimai məktəbi – Musiqi müəllimi
  • Dmanisi bələdiyyəsinin Aşağı Orzuman ictimai məktəbi – İngilis dili müəllimi
  • Dmanisi bələdiyyəsinin Boslebi kənd ictimai məktəbi – Tətbiqi və təsviri incəsənət müəllimi
Tetritskaro
  • Tetritskaro bələdiyyəsinin Samğereti kənd ictimai məktəbi – xüsusi müəllim
  • Tetritskaro bələdiyyəsinin Samğereti kənd ictimai məktəbi – Dil və nitq üzrə terapevt
  • Tetritskaro bələdiyyəsinin Samğereti kənd ictimai məktəbi – Kimya müəllimi
  • Tetritskaro bələdiyyəsinin Didi Toneti kənd Vaja-Pşavela adına ictimai məktəbi – Riyaziyyat müəllimi
Qardabani
  • Qardabani bələdiyyəsinin Kalinino kənd ictimai məktəbi – Bədən tərbiyəsi və idman
  • Qardabani bələdiyyəsinin Kalinino ictimai məktəbi – Etnik azlıqların dili (Azərbaycan dili)
Tsalka
  • Tsalka bələdiyyəsinin Xareba kənd ictimai məktəbi – Xarici dil (ingilis dili)
  • Tsalka bələdiyyəsinin Bareti kənd ictimai məktəbi – Məktəb həkimi
Qeyd edək ki, məqalədə verilmiş vakansiyalar hazırda mövcuddur. Bir neçə vakansiyada son müraciət müddəti 10 yanvar tarixidir. Əksər vakansiyalarda isə vaxt uzadılıb.

Print Email
FaceBook Twitter Google