Marneulidə animasiya filminin nümayişi baş tutacaq
Marneuli İctimai Kitabxanası və Marneuli Amerika Guşəsi yeni il bayramı ilə əlaqədar yeniyetmələri “Milad mahnısı” animasiya filminin nümayişinə dəvət edir. Filmin nümayişi 12 yanvar saat 14:00-da baş tutacaq.

“Bildiyiniz kimi, film Çarlz Dikkenzin “Milad mahnısı” nağılına əsasən çəkilib. Filmin nümayişinə qədər yeniyetmələri təqdimat olaraq Dikensin bioqrafiyası, yaradıcılığı ilə tanış edəcəyik”, – Marneuli İctimai Kitabxanası yazır.

Filmin nümayişində iştirak etmək sərbəstdir.

Print Email
FaceBook Twitter Google