Meriya Marneulili şagirdlərin nəqliyyatla təmin edilməsi üçün 1 598 672 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi məktəb şagirdlərinin 2024-cü il ərzində nəqliyyatla təmin edilməsi məqsədi ilə tender çərçivəsində "Time Service" MMC ilə müqavilə bağlayıb. Meriya və şirkət arasında bağlanmış müqaviləyə əsasən, "Time Service" MMC 71 mikroavtobusla şagirdlərin daşınmasını təmin etməlidir.

"Bildiyiniz kimi, 2024-cü il ərzində Marneuli bələdiyyəsi çərçivəsində məktəb şagirdlərinin nəqliyyat xidmətinin dövlət alqı-satqısı məqsədi ilə elan edilmiş tenderdə "Time Service" MMC qalib gəlib. Buradan irəli gələrək, məktəb şagirdlərinin nəqliyyat xidmətinin dövlət alqı-satqısının maneəsiz həyata keçirilməsinin mühümlüyündən irəli gələrək xahiş edirik, qalib şirkətlə əlavə 1-də verilmiş nəqliyyat vasitələrinə məktəb şagirdlərinin nəqliyyatla təmin edilməsinin dövlət alqı-satqısı haqqında müqavilə bağlayasınız", – tenderin izahatnaməsində qeyd olunub.

Marşrutun 1 kilometrinin dəyəri 2.34 laridir. Şirkət bir il ərzində 4072 şagirdin daşınmasını təmin etməlidir.

Marneuli meriyası və "Time Service" MMC arasında bağlanmış müqaviləyə görə, Marneuli meriyası şagirdlərin 2024-cü il ərzində nəqliyyatla təmin edilməsi məqsədi ilə 1 598 672 lari 10 tetri ödəyəcək.

Print Email
FaceBook Twitter Google