Gürcüstan tələbələrinin təhsil almağa üz tutduğu TOP-10 ölkə
Gürcüstandan xaricə təhsil almağa göndərilənlərin sayı təxminən 50 faiz artıb. Milli Statistika Xidmətinin məlumatına görə, 2022-23-cü illərdə ölkədən 723, 2021-22-ci illərdə isə 484 tələbə göndərilib.

Bundan əlavə, 2022-23-cü illərdə Gürcüstandan göndərilən 723 tələbədən ən çoxu, 22%-i Almaniyaya gedənlərdir, ikinci yerdə ABŞ və sonra İspaniya gəlir.

Daha dəqiq desək, ötən ilə görə ilk 10 ölkənin reytinqi belədir:
  • Almaniya - 157 tələbə
  • ABŞ - 82 tələbə
  • İspaniya - 56 tələbə
  • Litva - 57 tələbə
  • Türkiyə - 54 tələbə
  • Fransa - 49 tələbə
  • İtaliya - 42 tələbə
  • Polşa - 38 tələbə
  • Avstriya - 34 tələbə
  • Çexiya - 20 tələbə

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google