Elektrik enerjisi olmadığına görə Marneulinin 3 saylı uşaq bağçasında tədris prosesi pozulub
Marneulidə elektrik enerjisi olmadığına görə 3 saylı uşaq bağçasında tədris prosesi dayandırılıb. Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, bağçada qida və istilik elektrik enerjisindən asılıdır. Bir halda ki, axşama qədər işıq olmayacaq, uşaqları evə göndəriblər.

Energo-Pro-Gerogia tərəfindən yayımlanmış məlumata görə, Marneuli şəhəri və bir neçə kənddə saat 18:00-a qədər işıq olmayacaq.

"Elektrik enerjisinin məhdudlaşdırılacağı məkanlar: Əzizkənd, Təzəkənd, Qullar, Algeti, Lejbəddin, Baydar, Birinci Kosalı, İkinci Kosalı, Muğanlı, Qırıxlı, Kürtlər, Böyük Muğanlı, Hacıisakənd, Marneuli/Qırıxlı, Marneuli/Lejbəddin, Aşağı Qullar, Marneuli/Təzəkənd, Marneuli/Algeti.

Məntəqə: TN1 Z.A. yağın əlavə edilməsi üçün təmirə verilsin. Təhlükəsizlik məqsədilə 110 kv-lıq q/x Qullar-2 təmirə verilsin.

Qeyd: TN1 Z.A. yağın əlavə edilməsi üçün təmirə verilsin. Təhlükəsizlik məqsədilə 110 kv-lıq q/x Qullar-2 təmirə verilsin",
– Energo-Pro-Georgianın veb-səhifəsində qeyd olunub.

Print Email
FaceBook Twitter Google