Qivi Mikanadze Faiq Quliyevlə görüşüb
Təhsil, elm və gənclərlə iş komitəsinin sədri Qivi Mikanadze Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı iki ölkə arasında parlament diplomatiyasının inkişafı məsələsinə toxunulub. Bu istiqamətdə Qivi Mikanadze iki ölkə parlamentlərinin sahə komitələrinin Azərbaycan və Gürcüstan arasında təhsil və elm sahəsində artıq imzalanmış sazişin müzakirə olunduğu birgə komitə iclasının keçirilməsi təşəbbüsü və istəyini səfirə təqdim edib.

Həmçinin, Qivi Mikanadze Gürcüstanın parlament nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri təşəbbüsü ilə çıxış edib, bu səfər çərçivəsində həm icra, həm də qanunvericilik orqanlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək.

Gənclərin istiqamətləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi yollarını və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə həmçinin Azərbaycan ilə Gürcüstan arasında yüksək siyasi səviyyədə əməkdaşlıq və onun əhəmiyyəti qeyd olunub.

Səfir, öz növbəsində, səsləndirilən təşəbbüslərə görə komitə sədrinə təşəkkür edib və əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google