Gürcüstanın təhsil və elm naziri Azərbaycana səfər edəcək
Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gedəcək.

Səfər çərçivəsində Q.Amilaxvari azərbaycanlı həmkarı Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google