Marneulinin uşaq bağçalarına qeydiyyat nə vaxt başlayır
Marneuli bələdiyyəsində fəaliyyət göstərən uşaq bağçalarına qeydiyyat iyun ayının 3-dən başlayacaq və 30 iyun tarixinə qədər davam edəcək. Bu barədə “Marneuli” radiosuna müsahibəsi zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi.

Kərəmovun sözlərinə görə, qeydiyyat prosesi bağçalarda həyata keçiriləcək.

“Bu müddət ərzində uşaqlarını qeydiyyatdan keçirə bilməyən valideynlər ikinci və üçüncü mərhələdə də keçirə bilərlər. İkinci mərhələ avqustun 20-dən sentyabrın 1-ə qədər davam edəcək. Üçüncü mərhələ isə bağçalarda tədris prosesi başlayandan sonra hər ayın birindən üçünə qədər aparılacaq. Burda da uşaqların siyahıya əlavə edilməsi olacaq”.

Zaur Kərəmov valideynlərdən tələb olunan sənədlərlə bağlı da məlumat verdi.

“Qeydiyyat üçün uşağın doğum şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti, sağlamlıq arayışı, 4 ədəd fotoşəkil və valideynin şəxsiyyət vəsiqəsinin surəti lazımdır. Sosial statuslu ailə olduğu haqda arayış və ya məcburi köçkün olduğu halda sənədin təqdim olunması, eyni zamanda məhdud imkanlı şəxslərin statusunu təsdiq edən sənəd lazımdır”.

Kərəmov onu da bildirdi ki, uşaqların qeydiyyatı 12 bağçada həyata keçiriləcək. Qeydiyyat prosesi isə saat 9:00-dan 17:00-a kimi davam edəcək.

Qeyd edək ki, Marneulidə hal-hazırda 15 uşaq bağçası var. Yalnız onlardan 11-də tədris prosesi aparılır. Yeni tədris ilindən isə Qızılhacılı uşaq bağçasında tədris prosesinin bərpası nəzərdə tutulur. Ora da qeydiyyat 3 iyun tarixindən başlayacaq. Digər üç bağçada isə tikinti işləri aparılır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google