Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi I-XII siniflər
proqramını eksternat şəklində keçmək istəyənlər üçün qeydiyyat və
imtahan şərtlərini müəyyən edib.
Maraqlanan şəxslər 12 iyun 2024-cü il tarixindən 18 iyun 2024-cü il
tarixinədək imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə
biləcəklər və imtahanlar 21 iyun 2024-cü il - 2 iyul 2024-cü il
tarixlərində keçiriləcək.
Şəxsin yaşı eksternat qayda ilə keçəcək sinif şagirdlərinin yaş
qrupuna uyğundursa və ya ondan artıqdırsa və əvvəlki sinfin təhsil
proqramını keçibsə, imtahan vermək hüququna malikdir.
Qeydiyyatla bağlı yetkinlik yaşına çatmış maraqlı şəxs və ya
yetkinlik yaşına çatmayan maraqlı şəxsin qanuni nümayəndəsi
aşağıdakı qaydalara riayət etməklə qeydiyyat üçün müəyyən edilmiş
müddətlərdə zəruri sənədlərlə birlikdə resurs mərkəzinə müraciət
etməlidir:
I Ekstern şəklində ümumi təhsil almaq istəyən şəxs məktəbdə təhsil
alırsa - ərizə müvafiq məktəbin fəaliyyət göstərdiyi resurs
mərkəzində qəbul edilir;
II Əgər şəxs məktəbdə oxumursa - ərizə şəxsin istəyinə uyğun olaraq
istənilən resurs mərkəzində qəbul edilir.
İmtahanlara yazılmaq üçün resurs mərkəzinə təqdim edilməli olan
zəruri sənədlərin siyahısı:
a) Yetkinlik yaşına çatmış maraqlı şəxsin və ya yetkinlik yaşına
çatmayan maraqlı şəxsin qanuni nümayəndəsinin eksternat təhsili
formasında təhsil almaq üçün ərizəsi, burada aşağıdakı məlumatlar
göstərilməlidir:
Eksternat kimi təhsil almaq istəyən şəxsin adı, soyadı və əlaqə
məlumatları (ünvan, telefon, e-poçt ünvanı);
Ümumi təhsilin ayrı-ayrı sinfi/sinifləri/semestri, o cümlədən fərdi
sinfə/semestrə daxil olan fənn/fənlər, ki, şəxs bunları eksternat
formada keçməlidir;
Eksternat kimi təhsil almaq istəyən şagirdin eksternat imtahanından
keçmək istədiyi dil;
Eksternat formasında təhsil almaq üçün ərizəçinin zəruri hallarda
imtahan verməli olduğu xarici dil/dillər;
Eksternat formasında təhsil almaq üçün milli kurikulumda nəzərdə
tutulan fakultativ fənn;
b) Eksternat təhsili almaq istəyən şəxsin doğum haqqında
şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti;
c) Ümumtəhsil fənlərinin ayrı-ayrı sinfini/siniflərini/semestrini
eksterna şəklində keçmək üçün imtahana yazıldıqda, həmin şəxsin
ümumi təhsil pilləsinin sinfinin/semestrin ümumi təhsil proqramını
mənimsədiyini təsdiq edən sənəd.
ç) Şəxs xaricdə təhsil aldıqda, qanunla müəyyən edilmiş qaydada
tanınmalı olan müvafiq təhsil proqramını başa vurduğunu təsdiq edən
sənəd;
e) Eksternat şəklində orta təhsil səviyyəsinin ayrıca
sinfinə/semestrə daxil olan fənni/fənləri keçmək üçün imtahana
yazıldıqda, həmin şəxsin ümumi təhsil proqramını keçməli olduğunu
təsdiq edən məktəb tərəfindən verilmiş arayış;
Suallarla bağlı Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin
qaynar xətti ilə əlaqə saxlamağınız xahiş olunur: (995 32) 2 200
220.
Mənbə: mes.gov.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.