Ailəsinin sözlərinə görə, Qiorqi Qaxeladzenin meyiti
tapılıb.
Ailənin məlumatına görə, fizik, professor Qiorqi Qaxeladze iyunun
19-da səhər saatlarında evdən çıxıb və o vaxtdan geri qayıtmayıb.
Son bir neçə gün ərzində Qiorqi Qaxeladzeni xilasedicilərlə yanaşı
yaxınları və könüllülərdən ibarət təşkil olunmuş dəstələr Tbilisi
miqyasında axtarırdı.
Əldə
olan məlumata görə, meyit Tısbağa gölünün yaxınlığında
tapılıb.
“Publika” Daxili İşlər Nazirliyindən əlavə təfərrüatları öyrənməyə
çalışır. Agentlikdən cavab alan kimi onu sizə təqdim edəcəyik.