Cümə axşamı, iyunun 27-də Avropa Şurası Parlament
Assambleyasının (AŞPA) sessiyasında Gürcüstanla bağlı debat
keçiriləcək.
“Gürcü arzusu”nun üzvü Qivi Mikanadze Gürcüstanda demokratiyanın
çağırışları, eləcə də cari məsələlərlə bağlı təcili debatların
keçirilməsinin əleyhinə idi. Onun sözlərinə görə, hazırda debat
keçirmək Gürcüstanda keçiriləcək parlament seçkilərinə müdaxilə ola
bilər, çünki seçkilərə 4 ay qalıb. Buna görə də Mikanadze debatın
təxirə salınmasını
xahiş edib.
Mikanadzenin xahişinə baxmayaraq, 116 deputatdan 92-si AŞPA-da
Gürcüstanla bağlı debatın keçirilməsini dəstəkləyib. Müvafiq
olaraq, Gürcüstanla bağlı debat iyunun 27-si səhərə təyin
edilmişdi.
“Avropalı tərəfdaşlarımız Gürcüstandakı hazırkı
vəziyyətlə maraqlanır. Gürcü xalqının Avropa gələcəyi və
Gürcüstanın perspektivi ilə bağlı mövqeyi onlar üçün vacibdir və
buna görə də tam həmrəylik ifadə edirlər.
Ona görə də bu gün Avropa Şurası Gürcüstanda demokratiyanın
inkişafı ilə bağlı fövqəladə debat təyin edib. Bizim avropalı
tərəfdaşlarımız Gürcüstandakı bugünkü vəziyyətlə bağlı öz
mövqelərini ifadə etmək imkanı əldə edəcəklər - gənclərimiz,
cəmiyyət küçədə qarşılananda, zorakılığa məruz qalanda və Avropanın
gələcəyi məhv edilir.
“Gürcü Arzusu” nümayəndələrinin bu debatın keçirilməməsi ilə bağlı
etirazına baxmayaraq, Avropa Şurasının tərkibi bu qərarı mütləq səs
çoxluğu ilə dəstəklədi və cümə axşamı, iyunun 27-də bizim Avropanın
siyasi gündəminin əsas məsələsi – Gürcüstan haqqında debat
olacaq”, - “Milli Hərəkat”ın üzvü Levan Bejaşvili
bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415