Marneulidə mandatur xidmətinə 3 vakansiya elan olunub.
Təhsil müəssisəsinin mandatur xidmətinin veb-səhifəsində
yayımlanmış məlumata görə, Marneuli şəhərində , Əzizkənddə,
Şulaveri kəndində mandatur axtarırlar.
Mandatur olaraq təyin oluna bilər:
- 21 yaşından etibarən Gürcüstanın əmək qabiliyyətli
vətəndaşı;
- Məhkumluğu olmayan;
- Peşə təhsili və ya tam ümumi təhsil ilə yanaşı ali
təhsil;
- Dövlət dilini bilən;
- Vəzifə borcunu yerinə yetirmək üçün müvafiq sağlamlıq
vəziyyəti olan;
Əmək
haqqı: 1125 lari (köçürülən).
Müsabiqədə iştirak etmək istəyən şəxslərin ərizələrinin qəbulu
2024-cü ilin 30 iyun tarixinə qədər qəbul olunacaq. Ərizə forması
CLOAKING
elektron poçt ünvanına göndərilməlidir.
Elektron poçt ünvanına göndəriləcək sənədlər bunlardır:
- Aplikasiya forması (tam doldurulmuş, skaner variantı
deyil);
- Şəxsiyyəti təsdiq edən vəsiqə;
Təhsili təsdiq edən sənəd:
- Ali təhsili təsdiq edən sənəd və ya peşə təhsilini
təsdiq edən sənəd və attestat (ümumtəhsil müəssisəsinin yalnız baza
səviyyəsini bitirdikdə, həmin sənədin ümumtəhsili təsdiq edən
sənədə bərabər olmasını əhatə edən peşə təhsilini təsdiq edən
sənədin həqiqiliyinin təsdiqi);
Əlavə məlumat üçün linkə daxil olun.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415