Küçə ticarəti mövzusu ilə bağlı meriyadan 10 günlük gözlənti - "nə sifariş verdik, nə gəldi"
Marneuli bazarının ətraf ərazisində küçə ticarəti yenə də problem
olaraq qalır. Satıcıların qurduğu piştaxtalarda əsasən pendir,
xama, qatıq və yumurta satılır. Göründüyü kimi burada süd
məhsullarını yalnız vizual olaraq yoxlayırlar.
Ancaq təəccüblüdür ki, alıcıları da çoxdur. Alıcıların çox sayda
olmasının səbəbi qiymət fərqinə görədir. Ticarətçilər bazarın
daxili ərazisinə keçidin onlar üçün əlverişli olmamasını qeyd
edirlər.
Süd məhsullarının vizual yoxlanılması, temperatur rejiminin
qorunmaması, antisanitariya - bunlar Marneuli bazarının ətraf
ərazisindı rastlaşacağınız problemlərdir. Bu problemlərin həll
edilməsi məqsədi ilə Marneuli meriyası küçə ticarətçilərinə
dəfələrlə xəbərdarlıq edib.
Ancaq küçə ticarətinin qadağan olunması hansı mərhələdədir və yerli
özünüidarəetməyə bununla bağlı rəsmi məktub yazdıq. Ancaq bir neçə
cümləni yazmaq üçün meriaya 10 gündən çox vaxt lazım oldu.
Cavab ənənəvi olaraq həmişəki kimidir, heç bir nəticə vermir və
məktubdan yalnız onu başa düşə bilərik ki, "Marneuli bələdiyyəsinin
ərazisində, həmçinin, Marneuli-Sadaxlı yolunun ətraf ərazisində
olan küçə ticarəti məsələsi ilə bağlı bələdiyyə müvafiq
müəssisələrlə birgə küçə ticarətinin tənzimlənmə tədbirlərinin
həyata keçirilməsi məqsədi ilə müzakirə olunmalı məsələlərin
öyrənilməsi prosesini həyata keçirir".