Marneuli uşaq bağçaları üçün yeni oyuncaqlar alacaqlar
Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi 63 290 lariyə oyuncaqlar almağı planlaşdırır. Tenderə əsasən, uşaq bağçalarına 42 növ əşya alacaqlar və bələdiyyədəki 14 uşaq bağçasına böləcəklər. Onlardan hamısı qeyri-toksik materialdan hazırlanmalıdır, zərərli maddələr daşımamalıdır.

Əşyaların siyahısını təqdim edirik:
  1. “Heyvanlar və bitkilər” lotosu
  2. “Əlifba və rəqəmlər” lotosu
  3. Heyvan dəsti (ev heyvanları)
  4. Heyvan dəsti (Çöl heyvanları)
  5. Meyvə ilə taxtadan lövhə
  6. Səbətdə meyvə
  7. Taxtadan rəngli yığma
  8. Taxtadan heyvanlarla pazl
  9. Taxtadan qarmaqlı maqnit pazl
  10. Taxtadan maqnit foqurlar, kütləvi ağac materialdan hazırlanmış müxtəlif maqnitli fiqurlar.
  11. Taxtadan musiqili yığma – kütləvi ağac materialdan hazırlanmış musiqi aləti.
  12. Taxtadan yığma maşın
  13. 6 yığılan şəkillə taxtadan kitab pazl
  14. Heyvanlarla lövhə
  15. Taxta tərəzi
  16. Tərəvəzlərlə taxtadan lövhə
  17. Forma və rəqəmlərlə taxtadan ev
  18. Kəsilən meyvə və tərəvəz
  19. Rəngli top dəsti
  20. Kukla – oğlan kukla, geyimli qız.
  21. Maşın – yüksək keyfiyyətli plastmas maşın
  22. Araba – Dəmir hissələrlə kukla arabası, yüksək keyfiyyətli plastmas, parça
  23. Mətbəx dəsti – yüksək keyfiyyətli plastmasdan hazırlanmış, ucları sivri olmayan mətbəx qab-qacaq dəsti.
  24. Boulinq – toplarla birlikdə, yüksək keyfiyyətli rəngli boulinq
  25. Yığılan konstruktor (bərk) – yüksək keyfiyyətli, diyircəkli plastmas təkrələrlə müxtəlif həndəsi fiqurların kubikləri
  26. Beşik (bərk) – kukla çarpayısı.
  27. Uşaq üçün həkim alətlərinin yığması
  28. Alət dəsti
  29. Stolu ilə birlikdə ütü
  30. Trillaj (güzgü) – yüksək keyfiyyətli plastmasdan hazırlanmış, aksessuarları ilə birlikdə trillaj.
  31. Taxtadan pazllar
  32. Ksilofon - 7 düymə, 2 zərb aləti
  33. Mətbəx – yüksək keyfiyyətli plastmasdan hazırlanmış, aksessuarlarla mətbəx
  34. Kinetik qum - Müxtəlif rəngli kinetik qum
  35. Plastilin – 12 rəng plastilin
  36. Karandaşlar – Rəsm üçün qələmlər, 12 rəng
  37. Rəngli kağızlar – kağızın qalınlığı: 80q/m², kağızın ölçüsü: A4, 250 kağız, 10 rəng
  38. Qayçı – başlıqlı qayçı – 12.1 sm
  39. Quaş – quaş 20 ml, 6 rəng
  40. Gil – heykəl düzəltmək üçün müxtəlif rənglərdə gil
  41. Fırçalar – rəsm üçün 6 ədəd fırça
  42. Yüksək davamlılığa malik polipropilen səth
Marneuli Uşaq Bağçaları Birliyinin tenderinə görə, hər bir əşyadan 82 ədəd alınacaq. Tenderdə iştirak etmək istəyən şirkətlər 19-21 sentyabr dövründə təkliflərini göndərə bilərlər. Qalib müqavilə bağladıqdan 15 gün ərzində oyuncaqları bağçalara təhvil verməli olacaq.

Print Email
FaceBook Twitter Google