15 sentyabr tarixində Gürcüstan təhsil müəssisələrində təhsil
başlayır.
Müvafiq olaraq, ictimai nəqliyyata tələb artır.
Marneuli bələdiyyəsinə ümumilikdə iki nəqliyyat şirkəti xidmət
göstərir. Onlardan biri Marneuli meriyasının balansındadır, digəri
isə özəl şirkətdir. Bələdiyyə İctimai Nəqliyyat şirkətinin rəhbəri
Qiqa Calağonianın sözlərinə görə, onların nəqliyyat xəttinə yalnız
bir nəqliyyat əlavə olunacaq və Elevator istiqamətində hərəkət
edəcək.
“Əlavə reysin həyata keçirilməsi Elevator istiqamətində
planlaşdırılır, başqa heç nə, adi rejimdə işləyəcəklər. Ümumilikdə
24 nəqliyyat vasitəmiz var, hamısı işləyir. Onlardan ikisi ehtiyat
üçündür”.
Calağonianın sözlərinə görə, onların nəqliyyatı sərnişinlərə
şəhərdə saat 20:00-a qədər xidmət göstərəcək, kəndlərə sonuncu reys
isə saat 18:00-da çıxacaq.
Daha bir şirkət rəhbəri Yuri Samxaradzenin sözlərinə görə,
nəqliyyatın əlavə edilməsi sərnişin çoxluğundan asılıdır. O, iki
ictimai nəqliyyatın lazım olacağını istisna etmir.
“Vəziyyət göstərəcək, istəyirik 2 maşın əlavə edək. İlk
günlərdə baxacağıq. Əgər çox sayda adam olsa əlavə edəcəyik. Yəqin
şəhərdə əlavə olunacaq. Kəndlərə müqayisədə kifayət edir. Şəhərdə
daha çox sərnişin var, ona görə istəyirik ki, əlavə
edək”.
Samxaradzenin sözlərinə görə, onların balansındakı 20-dən artıq
nəqliyyat sərnişinlərə şəhərdə saat 19:00-a, kəndlərə isə 18:00-a
qədər xidmət göstərəcək.