Mülki fəal Samirə Bayramovanın evinə Rusiya bayrağı və xaç çəkilib
Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramovanın yaşadığı məzilin qapısına naməlum şəxslər xaç və Rusiya bayrağının şəkilini çəkiblər.

Bu barədə məlumatı Bayramova sosial media hesabında paylaşıb.

Bayramova sosial şəbəkədə yazıb ki, onun evinin divarına Rusiya bayrağı çəkiblər, qapıdakı loqolar göy rəngə boyanıb və xaç çəkilib.

“Bilmirəm nə yazım, səhər tezdən günümü korlamaq istəmirdim, səhər tezdən evdən idman etmək üçün çıxırdım və yarı yuxulu nə baş verdiyini tam başa düşmədim. Belə hadisə ilə qarşılaşdım. Axmaqlar, bu bayrağı ürəyinizdə daşıyın. Dini bu şəkildə təhqir etmək ən az mədəniyyətsizlik və qeyri-humanistlikdir. Sizin üçün isə bu manipulyasiya silahıdır. Heç bir dinin rəmzi mənə mane olmur. “Evə, Avropaya doğru” və Qadın Gücünün simvollarını qapıya vurmuşdum, boyayıblar. Bayrağın yerində isə “Avqust müharibəsini unutma” loqosu var idi. Onu da oğurlayıblar yoxsa bilmirən nə ediblər. Marneulidən Tbilisiyə təhlükəsizlik məqsədi ilə köçdüm, evim mənim üçün özümü mühafizədə və gözəl hiss etdiyim yeganə yer idi. Bu gün, 35 yaşımı belə təbrik ediblər! Daxili İşlər Nazirliyi, siz zorakıları gizləməyə və dəstəkləməyə davam edin!” – Samirə Bayramova “Facebook” səhifəsində yazır.

"Matneulii" radiosu Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı. DİN-dən məlumat aldığımızda xəbər yenilənəcək.

Samirə Bayramova Marneulili mülki fəal və hüquq müdafiəçisidir. O, bir il əvvəl Marneulidə "Alt-İnfonun" partiya ofisinin açılmasına etiraz etmişdi, Avropa İttifaqı və Ukrayna bayraqlarını çəkmişdi. Bu isə Alt-İnfo tərəfindən hədələrə səbəb olmuşdu.


Print Email
FaceBook Twitter Google