İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın
bəyanatına görə, “Frontera” şirkətinin 84 əməkdaşına şirkətin 17
aylıq borcu var və dövlət onlara birdəfəlik kompensasiya
verəcək.
Söhbət 1200 larilik yardımdan gedir. Nazirin dediyinə görə, işlə
təmin olunanlara neft və qaz korporasiyası pul ödəyəcək. Turnava 6
avqust tarixində iclas başa çatdıqdan sonra bildirib ki, indiki
mərhələdə kompensasiya ilə bağlı danışıqlar aparılır və görüş
planlaşdırılır.
“Bu günə qədər ötən ilin dekabr ayında şirkətin işdən
azad etdiyi 84 nəfər keçmiş əməkdaşa olan borcu problem olaraq
qalır. Həmin adamlar çətin vəziyyətə düşüblər”
Qərar qəbul etdik ki, birdəfəlik yardım olaraq neft və qaz
korporasiyası onlara yardım etsin. Bir nəfərə 1200 lari dəyərində
yardım ediləcək. Biz yenidən “Frontera”nı borcları ödəməyə
çağırırıq. Bu gün artıq mane olacaq heç bir hal
yoxdur” – Turnava bildirib.