Baş nazir 17 və daha az yaşlı uşaqlara kömək etmək barədə danışdı - bunun səhv hərəkət olduğunu söyləyən adamı mənə göstərin ,onun gözlərinin içinə baxmaq istəyirəm!

Baş nazir Qiorqi Qaxariya, hökumətin 17 və daha az yaşlı uşaqlara 200 lari birdəfəlik müavinət vermək qərarına gəlməsinin səbəbini izah etdi.



Qaxariyanın jurnalistlərin sualına cavabında dediyi kimi, bu yardım xüsusilə çoxuşaqlı ailələr və sosial cəhətdən imkansız insanlar üçün nəzərdə tutulub.

"17 yaşınadək hər bir uşağa, ailədə neçə uşağın olmasından asılı olmayaraq, 200 lari veriləcək. Bu yardımdan imtina edə bilən varlı ailələr, əlbəttə ki, imtina edəcəklər. Bu 200 lari hər bir uşaq üçün nəzərdə tutulub. Bu gün Gürcüstanda, xüsusən çoxuşaqlı ailələrdə iqtisadi böhranın təsirinə tab gətirmək və normal təhsil prosesinə başlamaq məcburiyyətində qalan 880 min uşaq var. Bu ölkədə bu addımın səhv bir hərəkət olduğunu söyləyəcək bir adamı mənə göstərin. Bu insanı mənə göstərin, mən onun gözlərinin içinə baxmaq istəyirəm. Bütün beynəlxalq tədqiqatlar göstərir ki, Gürcüstanda uşaqlar ən çox sosial yardıma ehtiyac duyurlar. Nəticə olaraq qərar verdik. Əlavə olaraq, əlbəttə ki, təhsil davam etdirilməlidir”,
- deyə Qaxariya bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxariyanın sözlərinə görə, 17 yaşındakılar da daxil olmaqla, 17 yaşınadək olan, Gürcüstan vətəndaşı olan hər bir uşaq 200 lari birdəfəlik yardım alacaqlar. Qaxariyanın sözlərinə görə, bu, böhran dövründə uşaqlara sosial yardım baxımından ən vacib hadisə olacaqdır.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google