Zuqdidi-Tbilisi şəhərlərarası avtobusu ikinci dəfədir ki,
daşqalaq edilib. “Netgazeti”yə Daxili İşlər Nazirliyindən verilən
məlumata görə, hadisə Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə
araşdırılır ki, burada da əşyanın zədələnməsi və ya məhv edilməsi
nəzərdə tutulur.
İlkin məlumata görə, avtobusa daş atan şəxslər daha sonra qəzaya
uğrayıblar. Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq gedir.
Həmin maddə ilə yol hərəkəti təhlükəsizliyinin və ya istifadə
qaydalarının pozulması nəzərdə tutulur. Daxili İşlər Nazirliyindən
hələlik heç kimin saxlanılmadığı bildirilib.
"Mtavari” kanalının verdiyi məlumata görə, avtobusda oturan
sərnişinlərdən biri xəsarət alıb, həmçinin avtobusun ön şüşəsi
çatlayıb.
Bu, MMC "Qlobus”un avtobusunun hücuma məruz qaldığı ikinci haldır.
Bu yaxınlarda Sameqreloda eyni hadisə baş vermişdi. Şirkətin
nümayəndəsinin sözlərinə görə, hücumların arxasında həmin xətt üzrə
fəaliyyət göstərən şirkətə qarşı çıxan rəqibləri dayanır.