Cənubi Afrikanın Limpopo əyalətində avtobusun dərəyə aşması
nəticəsində 45 nəfər ölüb, 8 yaşlı qız isə ağır yaralanıb.
Sağ qalan qız xəstəxanada müalicə olunur.
Avtobus sürücüsü idarəetməni itirib, körpüdən dərəyə aşıb və
alovlanıb.
Sərnişinlər Pasxa mərasimində iştirak etmək üçün Botsvananın
paytaxtı Qaboronedən Moria şəhərinə gedən zəvvarlar olub.
Hadisə yerinə baş çəkən ölkənin nəqliyyat naziri Sindisive
Çikunaga
qəzada zərər çəkmiş ailələrə başsağlığı verib.
Nazir əlavə edib ki, hökumət ölənlərin vətənə qaytarılmasını
asanlaşdıracaq və yol qəzasının səbəbləri ilə bağlı araşdırmalara
başlayacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415