Tea Axvlediani Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri təyin edildi

Tea Axvlediani Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri təyin edildi. Qiorqi Qaxariya bu barədə bugünkü iclasda bəyan edib.



Onun sözlərinə görə, Axvlediani həmişə "komandanın üzvü olub, amma artıq bu dəyirmi masada ətrafında oturacaq".

"Bildiyiniz kimi, Tea xanım əvvəllər Səhiyyə Nazirliyində, nazir müavini vəzifəsində çalışıb və bundan əvvəl həm Avropada, həm də münaqişələrdə diplomatik komandamızı təmsil etməkdə böyük və ciddi təcrübəyə malikdir.

Buna görə də əminik ki, ölkənin işğaldan azad olunması yalnız dinc barışıq üzərindən mümkündür. Buna görə də bu nazirliyin və sizin ilk vəzifəniz abxaz və osetin qardaşlarımızla barışıq prosesini uğurla idarə etmək və başa çatdırmaqdır", -
deyə Qaxariya bildirib.

Bundan əvvəl Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri vəzifəsini Ketevan Tsixelaşvili tutmuşdu. Ancaq may ayında Xarici İşlər Nazirliyi onun vəzifədən getdiyini təsdiqlədi. Tsixelaşvili Gürcüstanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri təyin edildi.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google