VİDEO - Pankisi dərəsində SES-in tikinti işləri dayandırılıb, DİN müavini aksiya iştirakçılarını dialoqa çağırdı
12:45 / 21.04.2019
Daxili İşlər naziri müavini, Kaxa Sabanadze
Pankisi dərəsinə toplaşan əhaliyi dialoqa çağırdı.
Sabanadzenin bəyan etdiyinə görə, SES-in tikinti işləri
dayandırılıb. O, aksiya iştirakçılarına təklif edir ki, Telaviyə
getsinlər və məsələ üzrə danışıqlar keçirsinlər.
“Hamınıza deyirəm ki, qanunu kim pozsa və polis
işçilərinə toxunsa, sərt cəzalandırılacaq. Onu da deyirəm ki, polis
qanunsuz hərəkət görməyəcək.
Nümayandələrinizi ayırın, gedək Telaviyə və məsələ üzrə söhbət
edək. İşlər dayandırılıb, oturaq müzakirə aparaq”, –
Sabanadze bəyan etdi.
Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən
traktora maneçilik törətməyə cəhd göstərdi. Aksiya iştirakçıları
xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər.
Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə
etdi.