Xəbərlər
“Gürcüstan dəmiryolu”nun iki əməkdaşı rüşvətə görə həbs edilib (VİDEO)
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları aparılan əməliyyat nəticəsində kommersiyal rüşvət faktı ilə bağlı “Gürcüstan Dəmiryolu” səhmdar cəmiyyətinin iki əməkdaşını həbs ediblər.

İstintaqla müəyyən edilib ki, müttəhimlər müqavilə bağlayan şirkət tərəfindən həyata keçirilən işlərə nəzarət etməli imişlər, qanunsuz maddi gəlir məqsədi ilə şirkətin direktorundan yerinə yetirilən işlərin dəyəri üçün verilən məbləğdən pul tələb ediblər və 2440 lari alıblar.

İstintaq Gürcüstanın Cinayyət Məcəlləsinin 221-ci maddəsinin dördüncü hissəsi ilə aparılır. Həmin maddə isə cəza olaraq 4 ildən 6 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: is.ge

FaceBook Twitter Google