Azərbaycanda baş verən yol-nəqliyyat hadisəsi zamnaı Gürcüstan vətəndaşı dünyasını dəyişib (VİDEO/FOTO)
22:13 / 22.02.2020
Azərbaycanın Bakı-Qazax yolunun Ucar rayonunun Qaradağlı kəndindən
keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
"Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, yol
qəzasında bir nəfər Gürcüstan vətəndaşı Namiq Vahid oğlu Qərəkməzli
həyatını itirib, 4 nəfər Azərbaycan vətəndaşı isə xəsarət alıb.
Xəsarət alanlar Bakı sakinləri sürücü Eldar Tofiq oğlu Qarayev,
Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə
Sabir qızı Əliyeva xəsarət alıblar.
Məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Tofiq
oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə
Türkiyə vətəndaşının idarə etdiyi yük maşını (TIR) toqquşub.
Nəticədə 5 nəfər xəsarət alıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə
Xidmətinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalan
yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Gürcüstan
vətəndaşını Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda
dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166