Rustavi polisi 3 nəfəri həbs edib
Rustavi şəhərində polis 3 nəfəri həbs edib.
İnforustavi-nin məlumatına görə, hadisə Çğondeli qəsəbəsində baş
verib.
Polis əməkdaşları kişiləri narkotik maddəsinə görə həbs edib.
Daxili İşlər Nazirliyindən İnforustavi-yə bildiriblər ki, "hadisə
ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə
istintaq aparılır".