Daxili İşlər Nazirliyi Qudauridə kafe-barlardan birinin sahibi və
mühafizə əməkdaşı arasında baş vermiş münaqişəyə görə iki nəfəri
həbs edib.
DİN-nin bəyanatında deyilir ki, iki ya daha çox şəxsə qarşı
törədilmiş zorakılıq ittihamı ilə 1988-ci il təvəllüdlü V.C.,
mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılıq ittihamı ilə
1993-cü il təvəllüdlü Ş.E. saxlanılıb.
“Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis
Departamentinin əməkdaşları aparılan operativ istintaq nəticəsində
1988-ci il təvəllüdlü V.C-nı iki ya daha çox şəxsə qarşı törədilmiş
zorakılıq ittihamı, 1993-cü il təvəllüdlü Ş.E-ni mütəşəkkil qrup
tərəfindən törədilmiş zorakılıq ittihamı ilə saxlayıb.
İstintaq nəticəsində aydın olub ki, cari ilin 23 fevral tarixində
Qudauridə yerləşən kafe-barlardan birində, içkili vəziyyətdə olan
V.C və həmin barın mühafizə xidmətinin bir neçə əməkdaşı, həmçinin,
Ş.E. dalaşıb. V.C. kafe-barın sahibini fiziki və şifahi təhqir
edib. Polis aparılan istintaq nəticəsində hadisənin səhəri günü
V.C.-nı Mtsxetada. Ş.E-ni isə Qudauridə saxlayıb. Hadisədə iştirak
edən başqa şəxslərə qarşı istintaq aparılır.
Baş verənlə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin
1-ci prima hissəsinin “b” və “q” altbəndləri ilə istintaq aparılır.
Həmin maddələr iki ya daha çox şəxsə qarşı törədilmiş zorakılıq və
mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılığı nəzərdə
tutur”- DİN-nin bəyanatında deyilir.