Borjomodə azyaşlı uşaq üçüncü mərtəbədən yıxılıb
Borjomidə 3 yaşlı uşaq mehmanxananın eyvanından yıxılıb. Hadisə 24 fevral tarixində baş verib. Şahidlərin sözünə görə, azyaşlı üçüncü mərtəbədən, eyvandan düşüb.

Xəsarət alan dərhal təcili yardım tərəfindən bələdiyyənin tibbi mərkəzinə aparılıb. Azyaşlının sağlamlıq vəziyyəti stabildir.

“Kompüter tomoqrafiyası aparıldı, baş və qarın boşluğu yoxlanıldı. Cavab gözləyirik. Təcili yardım gətirdi huşu üstündə deyildi”, - Klinika nümayəndəsi İrakli Diasamidze deyir.

Mənbə: inforustavi.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google