İranın Səhiyyə nazirinin müavini Orac Harirçi yeni Koronavirusa
yoluxub. Bu haqda məlumatı yerli və beynəlxalq media yayımlayıb.
AFP agentliyinin məlumatına görə, 24 fevral tarixidnə baş tutan
brifinqdə nazir müavini İranda Koronavirusun yayılma miqyasından
danışırmış və İranlı deputatın virusdan ölənlərin sayının 50-yə
çatması və hakimiyyətin məlumatı gizləməyə çalışdığı haqda
məlumatını inkar edirmiş.
AFP eləcə də məlumat verir ki, bazar ertəsi günü mətbuat
konfrasnında nazir müavini tez-tez öskürür və tərini silirmiş.
İranın rəsmi müəssisələrinin məlumatına görə, 25 fevral tarixinə
görə İranda yeni Kornavirusdan 16 nəfər dünyasını dəyişib,
laboratoloji baxımdan virusa yoluxanların sayı isə 95 nəfər
təsdiqlənib.