Azərbaycanlı sərhədçilər ruhani şəxslərə və möminlərə Davit Qareci monastırına getməyə icazə veriblər
16:20 / 26.04.2019
Davit Qareci monastırına qədər gedən,
Azərbaycanlı sərhədçilər tərəfindən bağlanan hissə
açılıb.Davit Qareci monastırının keşişi Kirion
"Interpressnews"a bildirib ki, indiki mərhələdə dua edənlər, yerli
əhali və turistlər monastıra qədər sərbəst gedə bilirlər.
Davit Qareci monastırının keşişi Kirionun (Oniani) bildirdiyinə
görə, üç gün ərzində Azərbaycanlılar monastırı bağlayıbmış və
ruhani şəxsləri monastıra buraxmırlarmış.
Faktla bağlı dünən, günün sonunda Gürcüstan Xarici İşlər naziri
Davit Zalkaliani bildirib ki, Azərbaycan hakimiyyəti bağlı olan
məntəqələri açmağa qərar verib.