“Reuters” – ABŞ-da son 24 saat ərzində koronavirusa görə dəqiqədə bir nəfər ölürdü

“Reuters” xəbər verir ki, ABŞ-da son 24 saat ərzində koronavirusdan daha 4 461 nəfər ölüb və ölənlərin ümumi sayı 150 mini keçib.



Agentlik ABŞ-da ötən 24 saatın hər dəqiqəsində bir nəfərin koronavirusdan öldüyünü təxmin edir.

“Reuters” yazır ki, ABŞ-da Covid-19 səbəbindən ölənlərin sayı son 2 ayda sürətlə artmaqdadır. Son 11 gündə ölənlərin sayı 10 000 nəfər artıb.
Məlumat üçün bildirək ki, ABŞ koronavirusdan ölənlərin sayına görə dünyada birinci yerdədir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google