Marneulinin keçmiş meri Temur Abazovun əmlak bəyannaməsinə görə,
o, daşınmaz əmlak olaraq 2017-ci ildə Didube rayonunda aldığı
mənzilə və 2013-cü ildə Moskva prospektində aldığı qaraja
sahibdir.
Abazov Didube rayonunda, Tsereteli prospektində yerləşən 11,39 kv.m
mənzili 17 000 dollara, Moskva prospektində yerləşən 26,73 kv.m
qarajı isə 500 dollara alıb.
Abazov əmlak bəyannaməsini 2020-ci ilin 30 aprel tarixində
yayımlayıb.
Marneulinin keçmiş merinin adına başqa daşınmaz əmlak yoxdur. Ancaq
onun atası Abaz Abazov və anası Nanuli Abazova daşınmaz əmlaka
sahibdirlər. Abaz Abazovun mülkiyyətində 2017-ci ildə 100 000
dollara alınmış, Vazisubanidə yerləşən 452 kv.m torpaq sahəsi,
Moskva prospektində yerləşən 1991-ci ildə 800 dollara alınmış 51,74
kv.m mənzil, 1996-cı ildə 12 000 dollara alınmış 365 kv.m torpaq
sahəsi və Vaşlicvaridə yerləşən yaşayış evi var. Temur Abazovun
anasının mülkiyyətinə isə Azərbaycanın paytaxtı Bakı şəhərində
yerləşən, 1992-ci ildə 7000 dollara alınmış 330 kv.m yaşayış evi və
torpaq sahəsi və Kaspi rayonun Ferma kəndində 2012-ci ildə alınmış
2500 kv.m torpaq sahəsi daxildir.
Temur Abazovun həyat yoldaşının adına daşınan və daşınmaz əmlak
yoxdur.
Abazov daşınan əmlak olaraq həmçinin, 2020-ci ildə 12 000 dollara
alınmış Ford Fusion markalı avtomobilə sahibdir. Onun atası Abaz
Abazov isə bu il 10 000 dollara alınmış Toyota Camry markalı
avtomobilin sahibidir.
Qeyd edək ki, Marneulinin keçmiş meri Temur Abazovun 8 aylıq merlik
dövründə onun əmlak bəyannaməsi ictimai idi. Dövlət Xidməti
Brosunun qaynar xəttindən “Marneuli” radiosuna bildirdilər ki,
Temur Abazov keçmişdə Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuna
görə onun əmlak bəyannaməsi bağlı idi.
Temur Abazov mer vəzifəsində ilk dəfə 2018-ci ilin iyul ayının
sonunda əmlak bəyannaməsi təqdim edib. Amma o, qeyri insani və
alçaldıcı rəftara görə 14 iyul tarixində müttəhim kimi
saxlanılıb.
Marneulinin keçmiş meri doqquz ay həbsdə qalıb və sonra girov
qarşılığında azad olunub. Məhkəmə ona qarşı bəraət hökmü
çıxarıb.
22 iyul tarixində Temur Abazov bir neçə mıtbuat vasitəsinə məlumat
verib ki, ona “Gürcü Arzusunun” proporsional siyahısında yer
tutmasını təklif ediblər və o, razılaşıb.
“Gürcü Arzusundan” Marneulinin keçmiş merinə proporsional siyahıya
daxil olmaq təklifinin edildiyini inkar edirlər. “Gürcü Arzusunun”
mətbuat xidmətindən “Marneuli” radiosuna bildirdilər ki, partiyada
“bu məsələ müzakirə olunmayıb”.
“Marneuli” radiosu hələ də Temur Abazovla əlaqə saxlamağa çalışır.
Ancaq o, bizim zəng və mesajlarımıza cavab vermir.