"Frontera"nın əməkdaşları dövlətdən birdəfəlik 1200 lari dəyərində yardım alacaqlar - Turnava

İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın bəyanatına görə, “Frontera” şirkətinin 84 əməkdaşına şirkətin 17 aylıq borcu var və dövlət onlara birdəfəlik kompensasiya verəcək.



Söhbət 1200 larilik yardımdan gedir. Nazirin dediyinə görə, işlə təmin olunanlara neft və qaz korporasiyası pul ödəyəcək. Turnava 6 avqust tarixində iclas başa çatdıqdan sonra bildirib ki, indiki mərhələdə kompensasiya ilə bağlı danışıqlar aparılır və görüş planlaşdırılır.

“Bu günə qədər ötən ilin dekabr ayında şirkətin işdən azad etdiyi 84 nəfər keçmiş əməkdaşa olan borcu problem olaraq qalır. Həmin adamlar çətin vəziyyətə düşüblər”

Qərar qəbul etdik ki, birdəfəlik yardım olaraq neft və qaz korporasiyası onlara yardım etsin. Bir nəfərə 1200 lari dəyərində yardım ediləcək. Biz yenidən “Frontera”nı borcları ödəməyə çağırırıq. Bu gün artıq mane olacaq heç bir hal yoxdur”
– Turnava bildirib.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google