Zuqdidi-Tbilisi avtobusu ikinci dəfədir ki, daşqalaq edilib

Zuqdidi-Tbilisi şəhərlərarası avtobusu ikinci dəfədir ki, daşqalaq edilib. “Netgazeti”yə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə araşdırılır ki, burada da əşyanın zədələnməsi və ya məhv edilməsi nəzərdə tutulur.



İlkin məlumata görə, avtobusa daş atan şəxslər daha sonra qəzaya uğrayıblar. Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq gedir. Həmin maddə ilə yol hərəkəti təhlükəsizliyinin və ya istifadə qaydalarının pozulması nəzərdə tutulur. Daxili İşlər Nazirliyindən hələlik heç kimin saxlanılmadığı bildirilib.

"Mtavari” kanalının verdiyi məlumata görə, avtobusda oturan sərnişinlərdən biri xəsarət alıb, həmçinin avtobusun ön şüşəsi çatlayıb.

Bu, MMC "Qlobus”un avtobusunun hücuma məruz qaldığı ikinci haldır. Bu yaxınlarda Sameqreloda eyni hadisə baş vermişdi. Şirkətin nümayəndəsinin sözlərinə görə, hücumların arxasında həmin xətt üzrə fəaliyyət göstərən şirkətə qarşı çıxan rəqibləri dayanır.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google