“Gürcü marşı” Marneuli və Hucabi yepiskopu Qiorqiyə (Camdeliani)
dəstəyini bildirib.
“Gürcü marşının” liderlərindən biri Sandro Breqvadzenin müraciətini
“Alilo Marneuli” səhifəsi “Facebook”-da paylaşıb.
“Təcili surətdə ölçülər götürün və Qiorqi tərəfindən səsləndirilən
tələbləri yerinə yetirin. Amma bu tələbin arxasında bütün Gürcüstan
dayanır. Bəli, yepiskop Qiorqinin arxasında bütün Gürcüstan
dayanacaq və mən sizə deyirəm ki, sonuncu damla qanıma qədər onu
müdafiə edəcəyəm. Amma onların bizim müdafiəmizə ehtiyacı yoxdur.
Sadəcə onun qoyduğu tələb yerinə yetirilməlidir”, –
Sandro Breqvadze deyir.
Breqvadze “Gürcü marşının” üzvlərini Qiorqiyə dəstək üçün səfərbər
olmağa çağırıb.
“Biz tələblərimizin-ultimatumların yerinə yetirilməsini
gözləyirik”, – o, deyib.
“Gürcü marşının” liderlərindən birinin bəyanatı 24 may tarixində
yepiskopun həftəlik ayini ilə bağlıdır.
“Şəhər meri buna necə cəsarət edə bilər?! Qəti şəkildə
bildirirəm və onlara vaxt verirəm ki, öz əlləri ilə, qanuna uyğun
olaraq, Sovet İttifaqı rəmzlərinin, Sovet İttifaqı şəxslərinin
heykəllərinin sökülməsinə başlasınlar... Mən düşünürəm ki,
savadsızlıq da var. Şəhər meri qeyd olunan abidənin
avtobioqrafiyasını bilməməlidir? Əgər bu səhv idisə, mer bunu
ictimai şəkildə etiraf etməlidir və dərhal ictimaiyyət qarşısında
üzr istəməlidir”, – Yepiskop Qiorqi bildirib.
Nərimanovun heykəlinin bərpası 2020-ci ilin fevral ayında başlayıb.
3 mart tarixində Marneuli meri radioya müsahibəsində bildirib ki,
heykəlin bərpa işləri meriyanın təşəbbüsü ilə həyata keçirilir.