İnsan Hüquqlarının Araşdırılması və Monitorinq Mərkəzinin
bərabərlik siyasəti proqramının direktoru Tamta Mikeladze 16 iyul
tarixində Marneulidə keçirilmiş aksiyaya münasibət bildirib.
Mikeladzenin qiymətləndirməsinə əsasən aksiyada Rusiya meylli və
zorakı qrupların görünməsi, onların Marneuli və Hucabinin yepiskopu
ilə əlaqəsi problemli əməkdaşlıqdır.
“Gözləyirdim ki, onun (Marneuli və Hucabinin
yepiskopunun) daha düşüncəli mövqeləri olacaq və o, sülhə daha çox
istiqamətlənəcək. Çünki eləcə də xristianlıq fəlsəfəsindən də irəli
gəlir. Gürcü Marşı, Dimitri Lortkipanidze kimi aqressiv və bəzi
hallarda zorakı qruplarla əməkdaşlıq barədə mediada fəal şəkildə
yazılmasına baxmayaraq, bu, şübhəli, problemlidir və onlarla
birlikdə belə iş görmək nəyəsə işarədir. O, öz strategiyasını
düşünməyib və yenə də Dimitri Lortkipanidze ilə durub şənlənir. Ona
görə də bu ciddi problemdir və mən düşünürəm ki, biz başdan
şübhələrdən və mümkün problemli əməkdaşlıqdan danışırdıqsa, bu gün
həmin əlaqə aydındır”, – Tamta Mikeladze dedi.
EMC-nin bərabərlik siyasəti proqramının direktorunun sözlərinə
görə, Marneuli və Hucabinin yepiskopu Qiorqinin dövlətin Sovet
siyasətinə birmənalı yanaşması ilə bağlı fikirləri qanunidir, amma
bunu hansı kontekstdə və kimlə birgə tələb etdiyi problemlidir.
“Mədəniyyət siyasəti məsələlərinə çox ehtiyatlı qərar
vermək lazımdır. Çünki çox hallarda mədəniyyət məsələləri konkret
etnik və dini qrupların kimliyi ilə bağlıdır. Ancaq biz görürük ki,
Nərimanovun abidəsi ilə bağlı müzakirələrdə və həmin proseslərdə
dövlət yoxa çıxıb, biz yalnız Dövlət Təhlükəsizlik Xidmətinin
müdaxiləsini gördük. Onlar olduqca qeyri-müəyyən məzmunda istintaqa
başladılar. Ancaq Təhsil Nazirliyi, Barış və Vətəndaş bərabərliyi
məsələləri üzrə dövlət naziri aparatı kimi dövlət orqanları bu
prosesdə görünmədi. Dövlətin zamanında bu mövzuda işçi qrupu
yaratması çox vacib idi”, – Tamta Mikeladze dedi.
Mikeladzenin sözlərinə görə, indiki mərhələdə dövlət orqanları
Marneulidə baş vermiş hadisələrə ciddi reaksiya göstərməlidirlər.
Bu ilk növbədə Nərimanovun abidəsi məsələsi ilə bağlı səlahiyyətli
və demokratik işçi qrupunun yaradılmasını nəzərdə tutur.
“Primakov adına Gürcü-Rus İctimai Mərkəzinin” direktoru Dimitri
Lortkipanidze 16 iyul tarixində Nəriman Nərimanovun Marneuli
Mədəniyyət Evi ərazisində yerləşən abidəsinin sökülməsi və onun
yerində Xudu Borçalı və İkinci Ereklenin heykəlinin ucaldılması
tələbi ilə keçirilən aksiyadan sonra Marneuli və Hucabinin
yepiskopu Qiorqinin (Camdeliani) Marneuli Bələdiyyə Məclisinin sədr
müavini Mamuka Naveriani və Marneuli meriyasının Məkan Quruculuğu
və İnfrastruktur Xidmətinin rəhbəri Leri Panqani ilə birgə
çəkdirdiyi şəkli yayımlayıb.