Dilə görə itirilmiş hüquqlar – Dmanisililərin gürcü dilinin bilmədiklərinə görə yaşadığı problemlər
16:25 / 30.06.2021
Dmanisi bələdiyyəsi sakinlərinin bir qismi dövlət dilini – gürcü
dilini bilmir. Buna görə də dövlət strukturları ilə ünsiyyət
qurmaqda çətinlik çəkirlər.
Əhali bildirir ki, yerli özünüidarəyə heç müraciət edə bilmirlər,
çünki özləri gürcü dilini bilmirlər, meriyada isə heç kim
azərbaycan dilində danışmır.
Əhalinin sözlərinə baxmayaraq, Dmanisi meri Qiorqi Tatuaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əhalinin dövlət
qurumları ilə ünsiyyət problemi yoxdur.
Dmanisidə qeyri-gürcüdilli əhali üçün gürcü dilini öyrənmək
problemdir. Bələdiyyədə ümumilikdə 27 məktəb fəaliyyət göstərir,
onlardan 17-si azərbaycandilli, 9-u gürcüdilli, biri isə rusdilli
məktəbdir.