Polis Tbilisidə narkotik cinayətinə görə 11 nəfəri saxlayıb – böyük miqdarda narkotik maddə ələ keçirilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin, Tbilisi Polis Departamentinin Didube-Çuğureti, İsani-Samqori, Köhnə Tbilisi, Vake-Saburtalo və Qldani-Nadzaladevi Baş Polis İdarələrinin əməkdaşları apardıqları əməliyyat və istintaq tədbirləri nəticəsində narkotik cinayətinə görə 11 nəfəri saxlayıblar.

Onlar böyük miqdarda müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin, eləcə də marixuananın qanunsuz əldə edilməsi, saxlanılması və satışının təşviqi ittihamı ilə məsuliyyətə cəlb olunublar.

Saxlanılanlar 2006-cı il təvəllüdlü N.K., 1994-cü il təvəllüdlü E.A., 1988-ci il təvəllüdlü M.B., 2001-ci il təvəllüdlü İ.Ş., 1995-ci il təvəllüdlü T.S., 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.M., həmçinin xarici ölkə vətəndaşları – 1995-ci il təvəllüdlü D.K.,

2006-cı il təvəllüdlü A.E., 1981-ci il təvəllüdlü V.R. və 1992-ci il təvəllüdlü M.S.-dır.

Cinayətə görə 20 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Polis əməkdaşları saxlanılan şəxslərin üzərində, yaşadıqları evlərdə və avtomobillərində axtarış aparıb, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən satış üçün hazırlanmış, xüsusilə böyük miqdarda narkotik maddələr maddi sübut kimi götürülüb.

Götürülən maddələr arasında “Buprenorfin”, “Alfa-PVP”, “qurudulmuş marixuana”, “kokain”, “metadon”, “tetrahidrokannabinol”, psixotrop maddə “Pregabalin”, “MDMA” və “morfin” var.

Əlavə olaraq, narkotiklərin qablaşdırılması üçün nəzərdə tutulan materiallar, yapışqan lentlər, polietilen torbalar və elektron tərəzi də götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260⁴ və 261-ci maddələri ilə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google