Hüquq-mühafizə orqanları Qabalda sifarişli qətlin qarşısını alıblar – bir nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə əməliyyat nəticəsində sifarişli qətlin qarşısını alıblar. Hüquq-mühafizə orqanları 2007-ci il təvəllüdlü bir şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaqla müəyyən olunub ki, saxlanılan şəxs xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədovun tapşırığı ilə Laqodexi bələdiyyəsinin Qabal kəndində yaşayan bir vətəndaşı öldürməli idi. Qətlin motivi maliyyə mübahisəsi olub –

zərərçəkmiş şəxs 200 min ABŞ dolları ödəməkdən imtina etdikdən sonra kriminal avtoritet onun məhv edilməsini planlaşdırıb.

Polis cinayətin törədilməsinə qədər hadisəni aşkar edib və mümkün qətli qarşısını alıb. Saxlanılan şəxsə sifarişli qətlin hazırlanması, həmçinin odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanması və daşınması ittihamı irəli sürülüb.

Şəxsi axtarış zamanı onun üzərindən “Makarov” tipli tapança, daraq və güllələr maddi sübut kimi götürülüb.

Məlumata görə, saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Onun cinayətkar fəaliyyəti gizli istintaq tədbirləri, mobil telefonunun araşdırılması və digər sübutlarla təsdiqlənib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu (sifarişli qətlin hazırlanması) və 236-cı (silahın qanunsuz saxlanması və daşınması) maddələri ilə davam etdirilir.

Hüquq-mühafizə orqanları bu cinayətlə və Elmuraz Məmmədovun kriminal fəaliyyəti ilə əlaqəsi ola biləcək digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyi xatırladır ki, Elmuraz Məmmədov barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. O, İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışdadır və hazırda xaricdə gizlənir.

Nazirliyin bəyanatında qeyd olunur ki, təşkilatlanmış cinayətkarlığa qarşı mübarizə gündəlik rejimdə davam edir və bu istiqamətdə profilaktik və operativ tədbirlər fəal şəkildə həyata keçirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google