Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin
əməkdaşları Çoxatauri bələdiyyəsinin Baxmaro qəsəbəsində dövlət
torpaqlarının qanunsuz
satılması və kotteclərin icazəsiz tikilməsi faktı ilə bağlı iki
nəfəri saxlayıblar.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslərdən biri
Baxmaroda dövlətə məxsus torpaq sahəsinin qanunsuz şəkildə
verilməsi və həmin ərazidə icazəsiz kottec tikintisinə şərait
yaradılması müqabilində vətəndaşdan 11 000 ABŞ dolları tələb edib.
Təqsirləndirilən şəxs vətəndaşa
vəd verib ki, pul ödənildikdən
sonra bələdiyyə strukturları ilə heç bir problem yaşamayacaq.
2025-ci il noyabrın 6-da vətəndaş təqsirləndirilən şəxsə 7 000 ABŞ
dolları əvvəlcədən verib. Bundan sonra həmin şəxs “Kurort Baxmaro”
QHT-nin direktor müavini ilə görüşüb və aldığı məbləğin bir
hissəsini qanunsuz tikintiyə himayədarlıq müqabilində təklif edib.
Lakin direktor müavini pulu qəbul etməkdən imtina edib və
hüquq-mühafizə orqanlarına baş vermiş hadisə ilə bağlı məlumat
verməyib.
Aparılmış gizli istintaq tədbirləri nəticəsində cinayət faktını
təsdiqləyən audio və video sübutlar əldə olunub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19, 180-ci maddəsinin 3-cü
hissəsinin “b” bəndi və 376-cı maddənin 1-ci hissəsi ilə aparılır,
bu isə böyük məbləğdə dələduzluğa cəhd və ağır cinayət barədə
məlumat verməmək deməkdir. Cinayətə görə 6 ildən 9 ilədək
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, bu cür halların
aşkarlanması və qarşısının alınması onun prioritet
istiqamətlərindən biridir və vətəndaşlara dövlətə məxsus torpaqları
özbaşına ələ keçirməkdən və qanunsuz tikinti aparmaqdan çəkinməyi
tövsiyə edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.