Rusiyadan sonra Qazaxıstan: Məclis 'LGBT təbliğatı'nın yasaqlanmasını təsdiqləyir
Noyabrın 12-də Qazaxıstan parlamentinin aşağı palatası - Məclis "Arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması məsələləri haqqında" qanunu ikinci oxunuşda təsdiqləyib. Qanun pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğatını qadağan edir. O, Rusiyanın diskriminativ "LGBT təbliğatı" qanununun analoqudur. Rusiyada bu qanundan dolayı yüzlərlə LGBT təmsilçisi ölkəni tərk etməli olub.

Qanun layihəsi "uşaqları və yeniyetmələri rəqəmsal mühitdəki mənfi məzmundan qorumaqla

bağlı ictimai narahatlığın artması" ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev deyib. Onun sözlərinə görə, dəyişikliklər ictimai məkanlarda pedofiliya və qeyri-ənənəvi oriyentasiyanın təbliğini yasaqlayır. Bu sənəd uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və media haqqında doqquz əsas qanuna təsir göstərəcək.

Məclis dəyişiklikləri yekdilliklə qəbul edib. Deputatların mövqeyincə, məqsəd LGBT icmasının hüquqlarını ləğv etmək deyil, "ictimai təbliğat"ı məhdudlaşdırmaqdır. "Heç kimin şəxsi hüquqları məhdudlaşdırılmır. Qəbul edilən normalar belə bilgilərin ictimai yayılmasının çərçivələri müəyyən edir. Bu isə beynəlxalq təcrübəyə uyğundur", – Beysenbayevin sözləridir.

Deputat deyib ki, Qazaxıstanda uşaqlar və yeniyetmələr "hər gün internetdə ailə, əxlaq və gələcək barədə təsəvvürlərinə mənfi təsir göstərə biləcək məlumatlarla qarşılaşırlar".

Rusiyada "LGBT təbliğatı" qanunu ilə əlaqədar filmlər senzuraya məruz qalır, mahnılar qadağan edilir, idmançıların, tanınmış şəxslərin açıq etirafları barədə yazan mənbələr cərimələnir.

Bir sıra beynəlxalq insan haqları təşkilatları Qazaxıstanın qanun layihəsini tənqid edib, onun insan haqlarını pozduğunu, inzibati cəzalarla nəticələnə biləcəyini bildiriblər. Deputat Nikita Şatalov isə deyib ki, Qazaxıstan beynəlxalq öhdəliklərinə sadiqdir, insanları cinsi oriyentasiyasına görə təqib etmir.

Qanun indi Senata, daha sonra isə imzalanmaq üçün prezidentin təqdim olunacaq.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google