Şalva Papuaşvili yenidən Almaniya səfiri Peter Fişerə hücum edib

“Gürcü Arzusu” partiyasının Parlament sədri Şalva Papuaşvili yenidən Almaniya səfiri Peter Fişerə və Almaniyanın Xarici İşlər Nazirliyinə hücum edib.



Hökumətə bağlı “Imedi” kanalının jurnalisti ona Peter Fişer haqqında sual verib. Jurnalist sualı verərkən, fotoşəkilini Rustaveli prospektindəki etiraz iştirakçılarından biri 13 noyabr tarixində yayıb.

Papuaşvili bildirib ki, “Almaniyanın Xarici İşlər Nazirliyi öz mövqeyini aydınlaşdırmalıdır, sonda nə istədiklərini deməlidirlər”.

Almaniyanın Xarici İşlər Nazirliyi 19 oktyabrda açıqlayıb ki, səfir Peter Fişer məsləhətləşmələr üçün geri çağırılıb, çünki “Gürcüstan rəhbərliyi Avropa İttifaqı, Almaniya və həmçinin şəxsən Almaniya səfiri Fişer əleyhinə agitasiya aparır”.

Almaniya Xarici İşləri Nazirliyinin 6 noyabr açıqlamasına görə isə, “məsləhətləşmələrdən sonra səfir Gürcüstana qayıdıb”.

“Bu məsləhətləşmədən qayıtdıqdan sonra ümid edirdik ki, Almaniya səfiri Vyana Konvensiyasının əhəmiyyətini anlayacaq, müvafiq maddələri yenidən nəzərdən keçirəcək və nəhayət bütün bunlardan sonra davranışını saxlayacaq.

Bir neçə gün keçmədi ki, bütün dövlət və cəmiyyət alçaldıldı. Kilsəni təhqir edənlərə dəstəyini bildirir. Beləliklə, Almaniyanın Xarici İşlər Nazirliyi mövqeyini aydınlaşdırmalıdır – nə istəyir? Gürcü xalqı ilə körpülər qurmaq, yoxsa bu körpüləri tamamilə yandırmaq, çünki bu səfirin dövründə, hansı ki, gürcü dövlətini lağa qoyur, ekstremistləri dəstəkləyir və Gürcü kilsəsinin, patriarxın təhqirçilərinə həmrəylik göstərir, Almaniya tərəfindən bu körpülərin qurulacağını təsəvvür etmək çətindir”, –
deyə Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Almaniya və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılıb və Alman tərəfi “Gürcüstana vəd edib ki, Almaniya səfiri bundan sonra əvvəllər etdiyinə bənzər hərəkətlərdən çəkinəcək”.

Papuaşvili etiraz iştirakçılarını bir daha ekstremist adlandırıb və Almaniya səfirini “ekstremistlərin tərəfdarı” kimi qiymətləndirib.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google