Plastikdən hazırlanmış birdəfəlik qab-qacaq qadağan edilir – hökumət artıq bu qərarı qəbul edib

Plastikdən hazırlanmış birdəfəlik qab-qacaq qadağan edilir.


Bu barədə “Texniki reqlament – qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materialların və məmulatların (əşyaların) təsdiqi haqqında” qərar artıq dərc olunub.

Qərarda qeyd olunur ki, tənzimləmə 2026-cı il yanvarın 1-dən qüvvəyə minir, lakin biznes operatorlarına mövcud məhsulları satıb bitirmək üçün keçid dövrü veriləcək.

Daha dəqiq desək:

Qida ilə təmas üçün nəzərdə tutulmuş, plastikdən hazırlanmış çəngəllər, bıçaqlar, qaşıqlar, çubuqlar, boşqablar, içmə boruları (samançalar), içki qarışdırıcı çubuqlar, genişləndirilmiş polistirol (EPS) materialından hazırlanmış qida qabları və onların qapaqları, genişləndirilmiş polistirol (EPS) materialından hazırlanmış stəkanlar və onların qapaqları, qərarın qüvvəyə minməsindən əvvəl bazarda yerləşdirilmişdirsə, qərar qüvvəyə mindikdən sonra üç ay ərzində bazarda yerləşdir

ilə biləcək.

Plastikdən hazırlanmış birdəfəlik qida qabları və stəkanlar vasitəsilə ictimai iaşə obyektləri tərəfindən istehlakçıya hazır qidanın təqdim edilməsi qərarın qüvvəyə minməsindən sonra altı ay ərzində mümkün olacaq.

Qida ilə təmas üçün nəzərdə tutulmuş plastik materiallar və məmulatlar (əşyalar) isə (yuxarıda sadalanan – çəngəl, bıçaq, qaşıq və s. istisna olmaqla), əgər qərarın qüvvəyə minməsinə qədər bazarda yerləşdirilibsə və bu qərarla müəyyən edilmiş tələblərə uyğun deyilsə, qərarın qüvvəyə minməsindən sonra bir il ərzində bazarda yerləşdirilə bilər.

Bundan əlavə, SES ESN-in 3917 – mal mövqeyində, 3924 10, 3923 10 və 3923 50 mal submövqelərində təsnifləşdirilən, plastikdən hazırlanmış çəngəllərin, bıçaqların, qaşıqların, çubuqların, boşqabların, içmə borularının, içki qarışdırıcılarının, genişləndirilmiş polistirol (EPS) materialından hazırlanmış qida konteynerlərinin/stəkanların və onların qapaqlarının istehsalı (ixrac məqsədi istisna olmaqla), idxalı və/və ya bazarda yerləşdirilməsi qadağandır.

Həmçinin, ictimai iaşə obyektləri tərəfindən plastikdən hazırlanmış birdəfəlik qida konteynerləri və stəkanlardan istifadə etməklə istehlakçılara hazır qidanın təqdim edilməsi qadağandır.

Bununla belə, qərarda qeyd olunur ki, qadağa plastikdən hazırlanmış və qablaşdırılmış qida üçün nəzərdə tutulmuş birdəfəlik istifadə olunan qablaşdırma məmulatlarına (əşyalarına) şamil edilmir.

Bu tənzimləmə ictimai iaşə obyektlərinə, hazır qidalara, plastik istehsalçılarına, idxalçılara və s. aiddir.

Nəzarətə gəldikdə isə, texniki reqlamentin tələblərinə əməl edilməsinə nəzarəti səlahiyyət çərçivəsində aşağıdakı qurumlar həyata keçirirlər: Qida Təhlükəsizliyi Agentliyi, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan dövlət qurumu və Gəlirlər Xidməti.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google