Daraxvelidze: DİN heç vaxt “kamit” almayıb və istifadə etməyib

“Daxili İşlər Nazirliyi nə “kamit” alıb, nə istifadə edib, nə də istifadə edə bilərdi,

çünki belə maddə ümumiyyətlə bizim istifadəmizdə mövcud deyil”. Bu sözləri “Gürcü Arzusu”nun daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, konkret olaraq hansı maddənin istifadə olunması məsələsi hazırda istintaq tərəfindən araşdırılır və nəticələr ictimaiyyətə açıqlanacaq.

Daraxvelidze vurğulayıb ki, həmin günlərdə istifadə edilən vasitələr Avropa və Amerika polisinin oxşar hallarda tətbiq etdiyi vasitələrdən fərqlənməyib. O, 2024-cü ilin 28 noyabr – 5 dekabr tarixləri arasında Rustaveli prospektində baş verən hadisələrin dinc aksiya olmadığını, zorakılıq, hücum və dövlət çevrilişi cəhdi olduğunu bildirib. Onun sözlərinə görə, həmin günlərdə 171 polis əməkdaşı xəsarət alıb.

BBC-nin apardığı araşdırmaya əsasən isə 2024-cü ilin noyabr–dekabr aylarında Gürcüstanda etiraz aksiyalarının dağıdılması zamanı I Dünya müharibəsində istifadə olunan zəhərli maddə – “kamit”, yəni brombenzil sianidi tətbiq olunub. Aksiyaların ilk günlərindən etibarən jurnalistlər, həkimlər və vətəndaş cəmiyyəti nümayəndələri su şırnağına kimyəvi maddə qatıldığını bildirirdilər. 30 noyabr 2024-cü ildə Aleksandr Daraxvelidze də su şırnağına “başqa maddənin” qatıldığını təkzib etməmişdi.

“Zərurət yarandıqda su şırnağına qaz və ya başqa maddə də əlavə oluna bilər”, – deyə o zaman Daraxvelidze bildirmişdi və bütün prosesin qanun çərçivəsində aparıldığını vurğulamışdı. 2024-cü ilin 24 oktyabrında isə daxili işlər naziri vəzifəsində çalışmış Vaxtanq Qomelauri də su şırnağına qaz qatıldığını təsdiqləmişdi.

BBC-nin araşdırmasına görə, jurnalistlər Xüsusi Tapşırıqlar Departamentinə aid 2019-cu ilin inventarlaşdırma siyahısını əldə ediblər və sənədin həqiqiliyi təsdiqlənib. Həmin sənəddə iki şübhəli maddə yer alır. Bunlardan biri UN3439 kodlu kimyəvi tozdur ki, BBC-yə görə bu kateqoriyadan tarixən yalnız “kamit” nümayişçilərə qarşı istifadə olunub. Digəri isə UN1710 kodlu kimyəvi mayedir ki, onun trixloretelen olduğu və maddələrin suda həll edilməsi üçün istifadə edildiyi bildirilir.

Sənəddə bu maddələrin qarışdırılma qaydaları da əks olunub. BBC Xüsusi Tapşırıqlar Departamentinin keçmiş yüksək vəzifəli əməkdaşları ilə də danışıb. Keçmiş silahlanma rəisi Laşa Şerqelaşvili bildirib ki, 2009-cu ildə ona məhz həmin kodlarla yeni maddənin sınaqdan keçirilməsi tapşırılıb. Onun sözlərinə görə, istifadə edilən maddə adi vasitələrdən on dəfə daha güclü olub. Şerqelaşvili həmçinin keçmiş həmkarının etiraz aksiyalarında bu maddənin istifadə olunduğunu təsdiqlədiyini deyib.

BBC-nin məlumatına əsasən, departamentin digər keçmiş yüksək vəzifəli şəxsləri də Şerqelaşvilinin qeyd etdiyi maddənin protokollarda həqiqətən mövcud olduğunu təsdiqləyiblər.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google