ABŞ-ın “Bloomberg” nəşri mənbələrə istinadən xəbər verir ki,
Türkiyə qarşıdakı altı ay ərzində Ermənistanla quru sərhədinin
açılmasını müzakirə etməyi planlaşdırır.
İki ölkə arasındakı sərhəd 1990-cı illərdən bəri bağlıdır. Nəşr
məlumatın mənbəyi kimi “məsələdən xəbərdar olan şəxsləri” göstərir,
lakin onların kimliyi və vəzifələri barədə açıqlama vermir.
Bloomberg-in mənbələrinin bildirdiyinə görə, Türkiyə yalnız
Azərbaycan və Ermənistan arasında sülh sazişi rəsmi şəkildə
imzalandıqdan sonra Ermənistana səfir təyin olunmasını və
diplomatik münasibətlərin bərpasını nəzərdən keçirir. Eyni mənbələr
Ankaranın bu sazişin 2026-cı ilin ilk yarısında imzalanacağını
gözlədiyini qeyd edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən ay açıqlamasında
bildirib ki, Azərbaycan və Ermənistan arasında
sülh sazişi
yekunlaşdırılmadan Türkiyə Ermənistanla sərhədi açmayacaq. Onun
sözlərinə görə, əgər indi münasibətlər normallaşdırılarsa,
Ermənistanın sülh sazişini imzalaması üçün əsas motivasiyası aradan
qalxmış olacaq.
Ötən şənbə günü Türkiyə və Ermənistan səfirləri sərhəd keçid
məntəqələrindən birinə baxış keçiriblər. Onlar həmçinin
Ermənistanın Gümrü şəhərinə səfər edərək Qars–Gümrü dəmir yolunun
bərpası ilə bağlı planları müzakirə ediblər. Bu barədə Türkiyənin
Xarici İşlər Nazirliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə,
dəmir yolu relslərinin dəyişdirilməsi prosesi təxminən beş ay çəkə
bilər. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə isə Türkiyə
həmin ərazidə sərhəd patrulu üçün yeni yollar da inşa edir.
Xatırladaq ki, 1991-ci ildə Ermənistan müstəqilliyini elan etdikdən
sonra iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdu. Lakin
1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ankara İrəvanla
əlaqələri kəsdi və bundan sonra ölkələr arasında nə diplomatik, nə
də kommersiya münasibətləri qaldı. İkinci Qarabağ müharibəsindən
sonra, 2021-ci ildə tərəflər münasibətlərin normallaşdırılması üçün
xüsusi nümayəndələr təyin etdilər. 2025-ci il avqustun 8-də isə ABŞ
prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və
Ermənistan liderlərinin iştirakı ilə sülh sammiti keçirildi və
burada üçtərəfli və ikitərəfli razılaşmalar imzalandı. Həmin
sammitdə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı
nəqliyyat dəhlizi layihəsi də elan olundu.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.