“Gürcü Arzusu” hökumətinin xarici işlər naziri Maka Boçorişvili
son bir il ərzində artıq yeddinci dəfə macarıstanlı həmkarı Peter
Siyarto ilə görüşüb.
Bu dəfə görüş Vyanada, ATƏT-in (OSCE) Nazirlər Şurası çərçivəsində
baş tutub. Bu isə Avropa İttifaqının Gürcüstan hökuməti ilə yüksək
səviyyəli əlaqələri dayandırdığı bir vaxta təsadüf edir.
Vyanada keçirilən nazirlər toplantısı çərçivəsində Boçorişvili
Türkiyə, Tacikistan, Slovakiya və Lüksemburq xarici işlər nazirləri
ilə də görüşlər keçirib.
Bir gün əvvəl isə o, ATƏT-in baş katibi və mətbuat azadlığı üzrə
nümayəndəsi ilə də görüşüb.
Macarıstan – yeddinci görüş
4 dekabr tarixində keçirilən görüşdə Maka Boçorişvili və Peter
Siyarto Gürcüstan–Macarıstan münasibətlərinin gündəliyində olan
məsələləri və dialoqun daha da dərinləşdirilmə perspektivlərini
müzakirə ediblər. XİN-in mətbuat xidmətinin məlumatına görə, son
dövrdə baş verən siyasi proseslərə xüsusi diqqət yetirilib.
Həmçinin Gürcüstan–Avropa İttifaqı münasibətləri də müzakirə
olunub:
“Macarıstanın Gürcüstanın prioritetlərinə verdiyi
möhkəm dəstək minnətdarlıqla qeyd olunub. Avrointeqrasiya
prosesində Macarıstanın siyasi və ekspert səviyyəsində dəstəyinin
davam etməsinin vacibliyi vurğulanıb.”
Nazirlər mütəmadi dialoqun daha da gücləndirilməsinə hazır
olduqlarını bildiriblər və beynəlxalq aktual məsələlər ətrafında
fikir mübadiləsi aparıblar.
Maka Boçorişvili 25 noyabr 2024-cü ildə vəzifəyə təyin edilib və
bir il ərzində 7 dəfə Macarıstanın xarici işlər naziri ilə
görüşüb:
• 31 oktyabr – Səmərqənd (UNESCO tədbiri)
• 23 sentyabr 2025 – Nyu-York (BMT Baş Assambleyası)
• 11 iyun – Budapeşt (hökumətlərarası sammit)
• 14 may – Lüksemburq (Avropa Şurası Nazirlər toplantısı)
• 24 mart – Macarıstan
• 10 dekabr 2024 – Macarıstan (xarici işlər naziri kimi ilk rəsmi
səfər)
Lüksemburq
Boçorişvili Vyanada Lüksemburqun baş nazir müavini və xarici işlər
naziri Ksavyer Betel ilə də görüşüb. O, Lüksemburqun ilk açıq
şəkildə gey olan keçmiş baş naziri olub.
Görüşdə:
• ikitərəfli və çoxtərəfli əməkdaşlıq,
• onun inkişaf perspektivləri,
• Rusiya–Gürcüstan münaqişəsi, regiondakı proseslər və
təhlükəsizlik məsələləri müzakirə edilib.
Slovakiya
Slovakiyanın xarici işlər naziri Yuray Blanar ilə görüşdə:
• Gürcüstan–Slovakiya arasında möhkəm dostluq münasibətləri,
• siyasi dialoqun dərinləşdirilməsi,
• qarşılıqlı rəsmi səfərlərin artırılmasının vacibliyi
vurğulanıb.
Boçorişvili Slovakiyanın Gürcüstanın Avropa gələcəyinə verdiyi
dəstəyə görə təşəkkürünü bildirib.
Tacikistan
Boçorişvili Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin
ilə də görüşüb. Görüşdə:
• siyasi,
• iqtisadi,
• mədəni-humanitar sahələr,
• hüquqi əməkdaşlıq,
• beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri
müzakirə olunub.
Rəsmi məlumata görə:
• 2024-cü ildə Gürcüstan–Tacikistan ticarət dövriyyəsi 34,1 milyon
dollar olub,
• 2025-ci ilin 10 ayında isə bu rəqəm 133 milyon dolları keçib.
Nazirlər həmçinin “Orta Dəhliz”in Asiya ilə Avropa arasında əlaqədə
artan rolunu müzakirə ediblər.
Türkiyə
Türkiyənin xarici işlər naziri Hakan Fidan Boçorişviliyəyə türk
hərbi təyyarəsinin qəzaya uğraması zamanı göstərilən dəstəyə görə
təşəkkür edib.
Görüşdə:
• Gürcüstan–Türkiyə arasında möhkəm strateji tərəfdaşlıq,
• Yüksək səviyyəli və sahəvi səfərlərin aktivliyi,
• Regional təhlükəsizlik və sabitlik məsələləri,
• Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi
bir daha təsdiqlənib,
• Həmçinin “Orta Dəhliz” layihəsi müzakirə olunub.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.