“Batumi Neft Terminalı”nın rəhbərləri 15 000 000 lari dəyərində nefti gömrükdən gizli şəkildə mənimsəyiblər – 3 nəfər saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, mütəşəkkil cinayətkar qrup tərəfindən Gürcüstanın gömrük sərhədində

xüsusilə külli miqdarda neftin gömrük qaydalarından yan keçməklə və gizli şəkildə mənimsənilməsi faktı üzrə 3 dekabr tarixində üç nəfər saxlanılıb. Qurum bildirir ki, saxlanılan şəxslər Qazaxıstan vətəndaşlarıdır.

“İstintaqla müəyyən edilib ki, ‘Batumi Neft Terminalı’ MMC-nin rəhbər vəzifəli şəxsləri terminalın rezervuarlarında mövcud olan, dəyəri 15 000

000 laridən çox olan, 10 000 tondan artıq gömrükdən keçməmiş xam nefti gömrük prosedurlarından yan keçməklə və gizli şəkildə mənimsəyiblər.
Xüsusilə iri həcmdə, yüksək keyfiyyətli neft məhsullarının qanunsuz mənimsənilməsi faktını gizlətmək məqsədilə təqsirləndirilən şəxslər gömrük terminalının rezervuarlarına istifadəyə yararsız, çirklənmiş neft tullantıları yerləşdiriblər”,
– deyə qurumun açıqlamasında bildirilir.

Qurumun məlumatına görə, hazırda cinayətkar qrupun digər üzvlərinin müəyyən edilməsi, dövlət büdcəsinə dəymiş ziyanın həcminin dəqiqləşdirilməsi və qaçaqmalçılıq yolu ilə gətirilmiş neftin sonrakı taleyinin araşdırılması istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci və 6-cı hissələri ilə aparılır. Bu maddə 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print ელ. ფოსტა
FaceBook Twitter Google